Ozurqeti-Tbilisi qatarı relsdən çıxıb.
"Gürcüstan Dəmir Yolları"nın "Publica"ya verdiyi məlumata görə,
qəza nəticəsində xəsarət alan olmayıb.
“İki vaqon Natani kəndi yaxınlığında relsdən çıxdı. Hadisə
nəticəsində xəsarət alan olmayıb. Hazırda təhqiqat və qəzanın
səbəblərinin müəyyən edilməsi istiqamətində işlər
aparılır”, - Dəmir Yolundan bildirilib.