Prezident bu gün İlya Topurianı mükafatlandıracaq

Gürcüstan prezidenti bu gün gürcüstanlı UFC çempionu İlya Topurianı mükafatlandıracaq.

Bu barədə məlumatı Salome Zurabişvili yayıb. Mərasim saat 7-də keçiriləcək.

“Dünən İlia Topuria ilə razılaşdırıldığı kimi, onun mükafatlandırma mərasimi bu gün saat 19:00-da Orbelian sarayında keçiriləcək.

Gürcüstan prezidenti baş nazirin və parlament sədrinin təqdimatını alqışlayır və bununla razılaşır. Prezident baş naziri və parlamentin sədrini mükafatlandırma mərasiminə dəvət
edir. “Hər üç qurumun bu mərasimdə iştirakı belə məsələlərlə bağlı milli razılığın əlamətidir”,
- deyə məlumatda bildirilir.

Baş nazir İrakli Kobaxidze bir neçə dəqiqə əvvəl bu məsələ ilə bağlı danışıb. Ehtimallara görə, prezidentin onu və Şalva Papuaşvilini tədbirə dəvət etməsi barədə ona hələ məlumat verilməyib.

“Bu gün Salome Zurabişvili prezidentdir, bu, onun rəsmi mövqeyidir, bildiyiniz kimi, o, müxalifətin səsləri bahasına konstitusiyanın pozulmasına baxmayaraq, öz mövqeyini qoruyub. Bundan başqa, bilirik ki, prezident təqdimatlara əsasən yekun qərarı verir. İlya Topurianın ölkə üçün xidmətlərini qiymətləndirmək üçün Şalva Papuaşvili və mən prezidentə müvafiq təqdimatlarla müraciət etdik.

Bizi oraya nə dəvət edirlər, nə də bu məsələ müzakirə olunur, bizim İliya Topuria ilə ünsiyyətimiz olub, bu, çox dəyərlidir, qalanı bizim məsələmiz deyil...”
– Kobaxidze bildirib və - “bilmirəm, bizim öz gündəmimiz var. “Şərəf” ordeninə müraciət aktı bizim üçün önəmli idi”, - deyə əlavə edib.

Mənbə: Publika

 

Print Email
FaceBook Twitter Google