Mərkəzi Seçki Komissiyası ilkin nəticələri elan edib: İlham Əliyev
86 % səs çoxluğu ilə qalib gəlib.
Bu barədə məlumat Mərkəzi Seçki Komissiyasının saytında
yerləşdirilib.
Digər namizədlər - Araz Əlizadə 1,39 %, Hafiz Hacıyev 1,51 %,
Qüdrət Həsənquliyev 3,04 %, Fərəc Quliyev 1,18 %, Sərdar Məmmədov
3,02 %, Razi Nurullayev 0,75 %, Zahid Oruc 3,11 % səs
toplayıblar.
Prezident seçkiləri aprelin 11-də, çərşənbə günü keçirilib.
Dünən seçkilər günü BBC Azərbaycanca canlı səhifə yayımlayıb.