De fakto Abxaziya və “Cənubi Osetiya”-nın məlumatına görə, Suriya onların müstəqilliklərini tanıyıb.
De fakto Abxaziya və “Cənubi Osetiya”-nın məlumatına görə, Suriya onların müstəqilliklərini tanıyıb. İşğal olunmuş Cənubi Osetiyanın qondarma xarici işlər nazirliyi və Abxaziyanın qondarma president administrasiyası Suriya ilə diplomatic əlaqələrin yaradılacağı barədə məlumat verib.

Tsxinvalinin qondarma xarici işlər nazirliyindən qeyd edirlər ki, Suriya və “Cənubi Osetiya”nın bir-birini tanımaq və diplomatic əlaqələrin yaradılması haqqında qərar bu gündən qüvvəyə minir.

İşğal olunmuş Abxaziyanın de fakto prezidenti Raul Xacimba bildirib ki,”Abxaziya və Suriya Ərəb respblikası arasında diplomatic əlaqələrin yaradılması haqqında razılaşma əldə olunub.

Xatırladırıq ki, ötən gün qondarma Tsxinvali rejiminin lideri Anatoli Bibilov bildirmişdi ki, Cənubi Osetiyanın “müstəqilliyini” 2018-ci ilin sonunadək daha bir dövlət tanıyacaq.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər