Qırmızı Körpü gömrük-sərhəd keçid məntəqəsində ölümlə nəticələnən qəza baş verib
Azərbaycan və Gürcüstan sərhədində yerləşən Qırmızı Körpü (Şıxlı) gömrük-sərhəd keçid məntəqəsində insan tələfatı ilə nəticələnən qəza baş verib. Bu barədə məlumatı oxu.az saytı yayır.
Gürcüstana “bitum” yükü gətirən nəqliyyat vasitəsi gömrük nəzarəti zonasını tərk etdikdən sonra Gürcüstan ərazisinə daxil olarkən qəza törədib. Qəza nəticəsində gömrük-sərhəd keçid məntəqəsinin ərazisində xidmət aparan Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu həyatını itirib.

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) sərhəd-buraxılış məntəqəsində ölümlə nəticələnən hadisə ilə bağlı məlumat yayıb.

Azərbaycan DSX-nin mətbuat mərkəzinin məlumatında bildirilir ki, 2018-ci ilin sentyabr ayının 3-də saat 21:10 radələrində “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsinin rejim zonasında Azərbaycan Respublikasının ərazisindən Gürcüstan istiqamətində hərəkət edən GG-415-YY GEO dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü, 1993-cü il təvəllüdlü Gürcüstan vətəndaşı Ajevanidze Levanın idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi buraxılış məntəqəsinin darvazasını sındırıb və Azərbaycan Dövlət Sərhəd Xidmətinin həmin yerdə xidmət aparan hərbi qulluqçusu, 1994-cü il təvəllüdlü çavuş Süleymanov Ələnnur Xəlilulla oğlunu vurub.

Hərbi qulluqçu aldığı xəsarətlərdən vəfat edib, hadisə zamanı bir ədəd minik avtomobili əzilib və iki nəfər mülki şəxsə yüngül xəsarət alıb.

Ağır nəticələrə səbəb olan qəza hadisəsini törətmiş sürücü saxlanılıb və Qazax rayon polis şöbəsinə təhvil verilib. Hazırda hadisə ilə əlaqədar istintaq tədbirləri həyata keçirilir.

İlkin ehtimala görə, qəza avtomobilin əyləc sistemində yaranan nasazlıq səbəbi ilə baş verib. Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır. Qəzanın əsl səbəbi araşdırmalardan sonra məlum olacaq.

Qəza nəticəsində gömrük-sərhəd keçid məntəqəsinin fəaliyyətində yaranan qısamüddətli fasilə həyata keçirilən tədbirlər nəticəsində aradan qaldırılıb. Hazırda Qırmızı Körpü gömrük-sərhəd keçid məntəqəsi normal iş rejimində fəaliyyətini davam etdirir.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər