Rusiyanın kəşfiyyat təyyarəsi Suriyada yoxa çıxıb
Rusiyanın göyərtəsində 14 hərbçi olan "İl-20" təyyarəsi sentyabrın 17-si axşam saatlarında Aralıq dənizi hövzəsi üzərində itib.
Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadən məlumat yayır.

Məlumata görə, Aralıq dənizi hövzəsi üzəri ilə Xmeymim aviabazasına geri dönən zaman Suriya sahillərindən 35 km aralıda Rusiyanın "İl-20" təyyarəsinin heyət üzvləri ilə əlaqə kəsilib.

Axtarış-xilasetmə əməliyyatı hələ ki, nəticə vermir. Təyyarənin itmə səbəbi kimi müxtəlif versiyalar səsləndirilir. Belə ki, təyyarə İsrailə məxsus dörd "F-16" təyyarəsinin Latakiya əyalətindəki Suriya obyektlərinə hücumu zamanı itib. Həmçinin Rusiya hava məkanına nəzarət vasitələri həmin ərazidə olan Fransanın "Auvergne" freqatından raket atıldığını da qeydə alıb.

Daha sonra Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, sözügedən təyyarə Suriyaya məxsus "S200" Hava Hücumundan Müdafiə Sistemləri tərəfindən havaya buraxılan raketlə vurulub. O da əlavə olunub ki, təhlükəli vəziyyət Latakiya rayonunda İsrail təyyarələri tərəfindən qəsdən yaradılıb.

Mənbə: sputnik.az
Print Email
FaceBook Twitter Google