FOTO - Bakıda "Sağlam Gələcəyə, Sağlam Gəncliklə" Qran Pri yarışı keçiriləcək
Bu gün, 24 dekabr tarixində saat 20:00-da Bakı şəhərində "Sağlam Gələcəyə, Sağlam Gəncliklə" Qran Pri yarışı keçiriləcək. EL-1 idman təşkilatının təşkilatçılığı ilə Azərbaycan Gənclər Fondu və Azərbaycan Mədəniyyətlərarası Əməkdaşlıq Liqasının dəstəyi ilə keçirilən yarışda Gürcüstan idmançıları da iştirak edəcəklər. Bu haqda məlumatı Gürcüstan Sayokan Fedarasiyasının prezidenti Faiq Məmmədov dedi.

Onun sözlərinə görə, yarış Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə və İlham Əliyevin doğum gününə həsr olunub.

4 nəfər Batumidən və 1 nəfər Rustavidən olan idmançılar yarışda iştirak edəcəklər.

Onu da əlavə etdi ki, Gürcüstan idmançıları 4 nəfər karate və bir nəfər idmançı qaydasız döyüş üzrə yarışa qatılacaqlar.

Yarış Bakı şəhərində yerləşən Qafqaz Biznes Mərkəzində keçiriləcək.


Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər