Marneulili idmançılar Tbilisidə keçirilən çempionatda yaxşı nəticələr əldə ediblər
24-26 may tarixində Tbilisi şəhərində təşkil olunan açıq Gürcüstan çempionatında Marneulili idmançılar da iştirak ediblər.

Bu haqda məlumatı "Marneuli" Radiosu ilə söhbəti zamanı "Gorarxı" idman klubunun baş məşqçisi Tofiq Əkbərov dedi. Onun sözlərinə görə, Gürcüstan Taiboksinq, Kikboksinq Milli federasiyasının təşkil etdiyi yarışa Marneulinin "Gorarxı" idman klubundan iki idmançı qatılıb.

Əkbərovun dediyinə görə, 38.5 kq çəki dərəcəsində yarışda iştirak edən Fərid Ocaqverdiyev bütün rəqiblərinə qalib gələrək finala yüksəlmişdir. Finalda isə Fərid Ocaqverdiyev rəqibinə məğlub olaraq ikinci yerdə qərarlaşıb.

Çempionatda iştirak edən digər idmançı 28 kq çəki dərəcəsində mübarizə aparan Cahandar Əsgərov isə yarımfinala qədər yüksələrək, üçüncü yerə layiq görülüb.

Onu da bildirdi ki, "Gorarxı" idman klubu Taiboksinq idman növü üzrə yarışlarda rəsmi olaraq ilk dəfə iştirak ediblər.

Məşqçi Tofiq Əkbərov idmançıların hazırlğı və yarış fəaliyyətlərindən razı olduğunu qeyd edərək, gələcəkdə ölkə və beynəlxalq yarışlarda yaxşı nəticələr göstərəcəklərindən ümidvar olduğunu bildirdi.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər