Lisenziya almış taksi sürücülərinin maşınlarını ağ rəngə boyaması üçün pulsuz vauçerlər veriləcək

Paytaxt meri Kaxa Kaladzenin bildirdiyinə görə, 10 oktyabr 2018-ci ilədək taksi kimi qeydiyyatdan keçmiş,

həmçinin texniki təftişdən keçmiş sürücülərə maşınlarını ağ rəngə boyaması və salonun kimyəvi təmizləməsini həyata keçirməsi üçün pulsuz vauçer veriləcək.

“Biz avtomobillərin boyanması ilə bağlı qərar qəbul etdik. Lisenziyası olan sürücülərə maşınların boyanması üçün vauçer verəcəyik. Onlar bir tetri də xərcləməyəcəklər” – Kaxa Kaladze bildirib.

Paytaxt merinin dediyinə görə, bu vauçerlər üçün vəsait meriyanın büdcəsindən xərclənməyəcək. Taksi sürücülərinə həmin vauçerləri iki il müddətinə taksilərin üzərində reklam yerləşdirilməsi ilə bağlı meriya tərəfindən elan olunmuş müsabiqədə qalib gəlmiş şirkət verəcək.

Paytaxt merinin dediyinə görə, bir oktyabra olan məlumata əsasən 12 000-dək taksi qeydiyyatdan keçib.

 

Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər