Lari dollar və avro ilə müqayisədə bu gün də ucuzlaşıb
Lari dollarla müqayisədə demək olar ki, 2 tetri ucuzlaşıb. Bugünkü məzənnə kursuna əsasən bir ABŞ dollarının rəsmi dəyəri 2.75 lari olub, avronun rəsmi kursu isə 3.13 laridir. İndiyə kimi qüvvədə olan kursa əsasən avronun rəsmi dəyəri 3.11 lari idi, nəticədə lari avro ilə müqayisədə 2 tetri ucuzlaşıb.

Bu gün, 6 noyabrda bank bəyanat yayımlayıb və valyuta “dəyişikliklərini” prezident seçkiləri ilə əlaqələndirib. Milli Bankdan bildirirlər ki, kursun hazırkı dinamikasına prezident seçkiləri dövründə olan mühit mənfi təsir göstərir. Milli Bankda hesab edirlər ki, milli valyutanın dəyişiklik prosesinə təməl faktorlar səbəb olmayıb.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google