Milli Bank larinin son dövrdəki ucuzlaşmasını seçkilərlə əlaqələndirir
Gürcüstan Milli Bankının bəyanatına görə, son dövrdə valyuta bazarında məzənnə kursunun dəyişməsinin səbəbləri fundamental iqtisadi faktorlara bağlanmır.
Milli Bankın məlumatına görə, kursun hazırki dinamikasına prezident seçkiləri dövründə olan mühit təsir göstərir. Bu isə valyuta bazarına təsir edir.

“Milli Bank ictimai məmurları və ekspertləri valyuta kursu haqqında əsassız bəyanatlar etməkdən və proqnoz verməkdən çəkinməyə çağırıb ki, bununla düzgün olmayan gözləntiləri daha da gücləndirməsin. Belə ki, bu gün bazarda olan ABŞ dollarının dəyəri artıb və Milli Bank əhaliyə və iqtisadi agentlərə məsləhət görür ki, tələsik qərar verməsinlər. Bu onların özünə zərər vuracaq. Yuxarıda qeyd olunan bir daha təsdiq edir ki, kredit və gəlir valyutasının eyni olması daha yaxşıdır. Milli Bank bunu dəfələrlə elan edib. Belə halda kredit götürənlər kursun qısa müddətli dəyişikliyinə qarşı həssas olmayacaqlar. Eləcə də xatırladaq ki, Milli Bankın məqsədi orta müddətli dövrdə qiymətlərin stabilləşdirilməsini təmin etməkdir. Müvafiq olaraq Milli Bank əlində olan alətlərdən istifadə edəcək ki, yüksək inflyasiyaya yol verməsin” - deyilir Milli Bankın bəyanatında.

Oktyabrdan lari dollar və avro ilə müqayisədə ucuzlaşıb. 1 oktyabrda bir ABŞ dollarının rəsmi məzənnə kursu 2.61 lari, bir avro isə 3.03 lari idi. Bu gün 6 noybrda bir dolların rəsmi dəyəri 2.73 lari, bir avronun isə 3.11 laridir.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər