“Pegasus” əl yükünün icazə verilən çəkisini 8 kiloqramdan 3 kiloqrama endirib
Türkiyənin "Pegasus" aviaşirkəti əl yükünün icazə verilən çəkisini azaldıb.

Əgər əvvəllər sərnişin təyyarədə 8 kiloqram ağırlığında əl yükünü daşıya bilirdisə, indi bilet alarkən maksimum çəkinin üç kiloqram olduğunu oxuyuruq.

Əl yükünün icazə verilən çəkisi biletin qiymətindən asılı olmayaraq üç kiloqram olacaq. Əl yükünün maksimal ölçüsü 40/30/15 santimetrdir.

Avianews nəşri qeyd edir ki, 2024-cü il fevralın 13-dək alınan bütün biletlər üçün əl yükünün çəkisi və ölçüsü ilə bağlı əvvəlki normalar tətbiq edilir.

“Pegasus” Gürcüstan vətəndaşları tərəfindən müxtəlif istiqamətlərdə uçuşlar üçün fəal istifadə olunur.

Mənbə: Netgazeti

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər