Bütün Gürcüstanda taksi lisenziyası məcburi olacaq
Gürcüstan parlamenti Gürcüstan hökumətinin qanunvericilik təşəbbüsünü nəzərdən keçirir və bu təşəbbüsə əsasən istənilən bələdiyyədə taksi idarə etmək üçün xüsusi icazə tələb olunur. Sənəd 2023-cü il dekabrın 22-də parlamentdə qeydə alınıb və artıq onun komitələrdə müzakirəsinə başlanılıb.

Qanun layihəsinə əsasən, lisenziyanın alınması 63 bələdiyyənin hamısında məcburi olacaq:
  • Bu hüququn əldə edilməsinin qiyməti orta hesabla 50-75 lari olacaq;
  • Əgər şəxs lisenziyası olmadan insan daşıyarsa, o, 200 lari məbləğində cərimələnəcək;
  • İcazə öhdəliklərinin pozulmasına görə sanksiya 100 lari olacaq.
Hökumətin hesablamalarına görə, lisenziyanın alınmasının məcburi olduğu elə bir ildə büdcə gəlirləri 488 min lari artacaq, 3 ildən sonra isə cəmi 2 milyon lariyə çatacaq.

Qanun layihəsinin izahat kartoçkasından belə görünür ki, Gürcüstanın 63 bələdiyyəsindən 34-də əlavə kadrların işə götürülməsinə ehtiyac olmayacaq, qalan 29 bələdiyyədə isə işçilərin sayı 48 nəfər artırılmalıdır.

Qanunvericilik paketinə “Avtomobil nəqliyyatı haqqında”, “Yol hərəkəti haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “İnzibati Xətalar Məcəlləsi”, “Büdcə Məcəlləsi”, “Yerli Özünüidarəetmə Məcəlləsi” kimi 6 qanun layihəsi daxildir. Sənəd qəbul olunarsa, 2025-ci il iyunun 1-dən qüvvəyə minməlidir. Bundan əvvəl bələdiyyələr lisenziyanın verilməsi qaydalarını hazırlamalıdırlar.

Tbilisi meriyası 2018-ci ildə taksi islahatına başlayıb və onun çərçivəsində lisenziyanın alınması məcburi olub. Lisenziya A və B kateqoriyalarına bölünürdü: ağ rəngli avtomobillər paytaxtın istənilən nöqtəsindən sərnişin götürə bilər, B kateqoriyalı sürücülər isə sərnişinlərə yalnız zəng zamanı xidmət göstərir.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər