Acar xaçapurisi dünyanın ən yaxşı 50 çörəyi sırasına daxil edilib

İmereti pendiri və sulqunu ilə hazırlanmış xaçapuri gürcülərin sevimli yeməklərindən biridir

- onu dünyanın 50 ən yaxşı çörəyi sırasına daxil edən CNN acar xaçapurisini belə xarakterizə edib.

“Yumşaq, qayıq formalı xəmir səxavətli yumurta və pendir içlik ilə doldurulur. Xəmirin uzunsov ucları onun dadını daha yaxşı hiss etməyə kömək edəcək.

2019-cu ildə ölkənin Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentliyi xaçapurini YUNESKO-nun qeyri-maddi irsi adlandırıb”
– Gürcüstanla bağlı məqalədə deyilir.

Xaçapuri ilə yanaşı, CNN-in ən yaxşı çörəklər reytinqinə daxildir: əfqan bolanı, erməni lavaşı, Misir libası, fransız bageti, hind faratası və s.

 


 

Mənbə: BPN

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər