Marneuli bazarı bu gün – Fotoreportaj
Marneuli bazarı rəngarəngliyi ilə seçilir.

Bir sırada yerləşən piştaxtalarda çoxsaylı yerli sakin alverlə məşğuldur. Meyvə, tərəvəz və başqa məhsullar səhər açılandan piştaxtaya düzülür.  

Marneuli aqrar bazarı ticarət üçün sərfəli bazarlardan sayılır.

“Marketlərdə ikiqat qiymətlərdir. Bazarda isə seçim imkanı var və hər şey bir məkanda yerləşir. Hər həftənin əvvəlində məhsullar alıram. İndi də bu məqsədlə gəlmişəm. Dünən marketdən kartofu 1,50 lariyə aldım, burada 1 laridir. Burada qənaət edə bilirəmsə, niyə artıq pul xərcləməliyəm?” – yerli sakinlərdən biri bildirir.

Rəna Qocayeva 20 ildir ki, Marneuli bazarında alver edir. O, bildirir ki, alıcılar çox deyil, ancaq meyvədən və qoz-fındıqdan gündəlik gəliri var.

რანა გოჯაევა

  • 1 kq fındıq ləpəsi – 25 lari
  • 1 kq qoz ləpəsi - 20 lari
  • 1 kq püstə - 55 lari
  • 1 kq zəncəfil – 20 lari
  • 1 kq qara kişmiş – 25 lari

  • 1 kq armud – 4 lari
  • 1 kq yerli nar – 10 lari, Türkiyə narı – 5 lari, İran narı – 6 lari
  • 1 kq alma – 2-3 lari
  • 1 kq pomidor – 5 lari

  • 1 kq xiyar – 5 lari
  • 1 kq kələm – 1 lari
  • 1 kq kartof – 1 lari
  • 1 kq yerkökü – 1,5 lari
  • 1 kq çuğundur – 1,50 lari

  • 1 kq soğan – 1 lari
  • 1 kq banan – 4-5 lari

  • 1 kq turp – 1,5-2 lari
  • 1 dəstə tərxun – 1,50 lari

Print Email
FaceBook Twitter Google