Bakı-Supsa neft kəməri ilə Qazaxıstan neftinin nəqlinə bu il başlanacaq – Levan Davitaşvili
Gürcüstan Qazaxıstan neftinin Bakı-Supsa kəməri vasitəsilə nəqlində Azərbaycanla intensiv müzakirələr aparır.

Bunu Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili jurnalistlərə açıqlamasında deyib.

O, bunun yalnız Gürcüstanın deyil, bir neçə ölkənin əməkdaşlığını əhatə edən layihə olduğunu vurğulayıb.

Levan Davitaşvili bu məsələdə BP ilə də birbaşa əlaqələrin qurulduğunu deyib.

Nazir əlavə edib ki, neft kəmərinin istismarı üçün Azərbaycanın mövqeyi vacibdir və Gürcüstan bu məsələdə Bakı ilə intensiv dialoq aparır.

O bildirib
ki, kəmərlə Qazaxstan neftinin nəqlinə bu il başlana bilər.

“Burada Azərbaycan tərəfinin mövqeyi çox vacibdir və biz intensiv dialoq aparırıq. Bilirsiniz ki, Qazaxıstan nefti başqa növdür və Azərbaycan nefti ilə qarışdırıla bilməz. Hesab edirəm ki, indi biz əsas məsələlərdə qərarlıyıq və ümid edirik ki, bu il neft hasilatına başlanacaq. Gələcəkdə bu kəmərlə bir milyon tondan çox neftin nəql olunacağı gözlənilir”, - Davitaşvili bildirib.

Mənbə: apa.az
Print Email
FaceBook Twitter Google