“İntihar olmayıb, öldürüblər” – mərhum əsgərin anası

Qori bələdiyyəsində həlak olan əsgərin anası Nazi Tatalaşvili oğlunun öldürüldüyünü düşünür.

Onun məlumatına görə, insident zamanı İrakli Apriamaşvilinin yanına 5 nəfər gəlib və yalnız üç nəfər saxlanılıb. Nazi Tatalaşvili bütün günahkarların ittiham olunaraq cəzalandırılmasını tələb edir.

“Heç bir intihar olmayıb. O, döyülərək öldürülüb. Onlar işgəncə ilə öldürülüblər. Qeyd etmək lazımdır ki, oğlumun öz evində onun üstünə vəhşi kimi atılaraq döymüşdülər [...] beş nəfər...
...Mən ədalətin bərpa olunmasını istəyirəm. Düzdür, oğlum bu gün torpaqdadır, amma istəyirəm ki, bizi bu günə salan insanlar cavab versinlər.
Bilirsiniz ürəyimi nə ağrıdır?! O, Əfqanıstandan tam sağlam gəlib və burada onun dostları ona xəyanət ediblər”,
- mərhum əsgərin anası Birinci kanala deyib.

Yanvarın 11-də 41 yaşlı İrakli Apriamaşvili Qori rayonunun Axalşen kəndindəki evində asılmış vəziyyətdə tapılıb.
Üç əsgər zorakılıq və intihar ittihamı ilə saxlanılıb.

İstintaqın versiyasına görə, hərbi qulluqçular əməkdaşlarının təqsirləndirilən şəxsin dostunun həyat yoldaşı ilə şəxsi yazışmalarından xəbər tutublar və bu səbəbdən adıçəkilən işçidən qisas almaq və onu cəzalandırmaq qərarına gəliblər.

Yanvarın 11-də təqsirləndirilən şəxslər Qori rayonunun Axalşen kəndindəki evində həmkarlarına yaxınlaşaraq fiziki təzyiq göstərərək, onu törətdiyi əməli etiraf etməyə məcbur edib və bu məlumatın açıqlanması, eləcə də hərbi hissədə qeyri-rəsmi münasibət bildirməklə hədələyiblər.

İstintaqın məlumatına görə, hər üç təqsirləndirilən şəxsin hədələri və amansız rəftarı nəticəsində zərərçəkmiş hadisə yerindən qaçıb və daha sonra asılmış vəziyyətdə aşkarlanıb.

Saxlanılanların vəkili mübahisə və “yüngül zərbə” faktını təsdiqləsə də, intiharla bağlı ittihamın məzmunu ilə razılaşmayıb.

Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər