Türkiyə ilə Gürcüstan mədəni əməkdaşlıq proqramı imzalayıblar
Türkiyə ilə Gürcüstan arasında 2024-2028-ci illər üçün mədəni əməkdaşlıq proqramı imzalanıb.

Bununla bağlı İstanbulda keçirilən tədbirdə əməkdaşlığa dair sənədi Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy və Gürcüstanın Baş nazirinin müavini, mədəniyyət və idman naziri Tea Tsulukiani imzalayıblar. Sənədə əsasən, hər iki ölkənin ərazisində osmanlı və gürcü mədəni irsinin qorunması, bərpası ilə bağlı işçi qrupu yaradılacaq, tədbirlər planı hazırlanacaq.

Proqramla bağlı məlumat verən nazir Ersoy bildirib ki, Türkiyənin Artvin və Ərzurum vilayətlərində bir çox əsər qorunub saxlanılır və bu əsərlərin bərpasına 4,5 milyon ABŞ dollarından çox vəsait ayrılıb.

Nazir bu proqramla qarşılıqlı araşdırmaları daha da irəli aparacaqlarını ifadə edərək ümumi mədəni irsi qorumaqla yanaşı, mədəniyyətin bütün sahələrində əlaqələri dərinləşdirmək niyyətində olduqlarını deyib.

Mənbə: azertac.az
Print Email
FaceBook Twitter Google