Şair, publisist Tapdıq Yolçu dünyasını dəyişib
Bu gün, 21 fevral tarixində şair, publisist Tapdıq Yolçu dünyasını dəyişib. O, 1959-cu ilin 10 dekabrında Qardabani rayonunun Vaxtanqisi kəndində anadan olub.

Şair orta təhsilini Vaxtanqisi kənd orta məktəbində alıb. 1987-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. On ilə yaxın Qardabanidə nəşr olunan "Samqori" qəzetində işləyib. Bundan əlavə "Varlıq" qəzetinin yazarlarından biri olub.

2007-ci ildə şairin "Taleyə sual" adlı şeirlər kitabı işıq üzü görüb.

2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2018-ci ildən isə Gürcüstan Yazıçılar Birliyinin üzvüdür.

Print Email
FaceBook Twitter Google