Salome Zurabişvili üç həftə ərzində 101 701 lari ianə alıb ki, buradan da 40 000 lari onun özü tərəfindən bağışlanıb

Müstəqil namizəd Salome Zurabişvili 2018-ci il 23 avqustdan 11 sentyabradək ümumilikdə 101 701 lari maliyyə yardımı alıb.

Bu haqda məlumatı Dövlət Audit Xidməti yayımlayıb.

Audit xidmətinin məlumatına görə, 27 avqust tarixində Salome Zurabişvili özünə 40 000 lari ianə köçürüb.

Digər ianələrə gəldikdə isə, ən böyük ianəni 11 sentyabr tarixində fiziki şəxs Vaxtanq Lağidze tərəfindən bağışlanıb – 50 min lari.

Bundan başqa, qeyd olunan müddətdə Salome Zurabişvili 7 320 lari dəyərində qeyri-maliyyə yardımı da alıb.

Zurabişvilini maliyyələşdirənlər siyahısında yalnız fiziki şəxslər var. 

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər