Petisiya vasitəsilə 8150-dək adam Zurabişvilinin namizədliyinin götürülməsini tələb edir
Vətəndaşlar prezident seçkilərində Salome Zurabişvilinin namizədliyinin geri götürülməsi tələbi ilə petisiya yaradıblar.
Petisiyanı bu vaxtadək [14:00] 8150 nəfər imzalayıb.

Petisiyanın mətnində yazıldığına görə, imza atanlar “Gürcü Arzusu” və Salome Zurabişvilidən namizədliyin geri götürülməsini tələb edirlər. Onlar hesab edirlər ki, seçki öncəsi kampaniyasında açıq şəkildə anti-dövlətçilik siyasəti aparırdı və aparmağa da davam edir ki, bu da ölkənin bəyan etdiyi Qərb mövqeyi və dəyərlərinə zərər vurur:

“Hesab edirik ki, Gürcüstanı işğal edən ölkənin, Rusiyanın, daha dəqiq, Kremlin mətn və mesajlarını paylaşan insan ölkə və ictimaiyyət qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilməz və ölkənin müstəqilliyinin, ərazi bütövlüyünün qorunmasının və inkişafının təminatçısı ola bilməz”, - petisiyanın müəllifləri yazıblar.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər