Əsas odur ki, məmurlara qəzəblənib ölkəni cəzalandırmayaq - İvanişvilinin seçkilərlə bağlı video müraciəti
"Gürcü Arzusu"nun sədri Bidzina İvanişvili prezident seçkilərinin ikinci turu ərəfəsində video müraciət yayımlayıb. O, insanların xəyal qırıqlığı və məyusluğunu başa düşdüyünü bildirib.

"Bildirmək istəyirəm ki, sizi, sizin xəyal qırıqlığınızı və məyusluğunuzu çox yaxşı başa düşürəm. Mən sizin narazılığınızı başa düşürəm, çünki sizin rifahınız əhəmiyyətli dərəcədə yaxşılaşdırılmayıb. Bəzi məmurların xalqın deyil, özlərinin qeydinə qalmasına görə narazı olduğunuzu başa düşürəm. Siz narazısınız, çünki bugünkü hökumətin ədaləti bərpa edə bilmədiyini düşünürsünüz. Bir çoxunuz qəzəblənib, belə ki, zorakı rejimə qayıtmaq təhlükəsinə imkan yaradırıq.” – İvanişvili bildirib.

İvanişvili video müraciətdə "doqquz illik rejim" və "Gürcü Arzusunun nailiyyətləri" haqqında danışmaq istəmədiyini bildirib.

"Bu gün vətənimiz yenə də tarixi yolayrıcındadır. Yanlış qərar vermə riski yüksəkdir, lakin eyni zamanda bu yeni imkanlar, yenilənmə üçün ən yaxşı fürsətdir. Mən bir neçə ay əvvəl siyasətə qayıtmaq məcburiyyətində qaldım, çünki problemlərin dərinləşdiyini görürdüm və reaksiya vermək üçün heç bir təsirli mexanizm yox idi, amma insanların bu problemləri daha aydın və dərindən gördüyü aydın oldu. Bu gün mən sizinlə razılaşmaya bilmərəm, amma bir şeyi nəzərə almaq lazımdır: bizim qarşımızdakı siyasi partiya deyil. Bizim qarşımızdakılar təəssüf ki qisas almağa köklənmiş zorakılardır. Biz bir imtahan qarşısındayıq və biz bu imtahandan keçəcəyik”. – “Gürcü Arzusu”nun sədri deyib.

İvanişvilinin sözlərinə görə, əgər "Gürcü arzusu" xalq üçün faydalı deyilsə, ilk növbədə o, özü "arzuya" qarşı çıxacaq. O, rəqiblərini "saxta kampaniyalar" hazırlamaqda, həmçinin yalan vəd verməkdə ittiham edib.

Bidzina İvanişvilinin fikrincə, Gürcüstanda “heç vaxt inkişafın belə stabil illəri olmayıb”, amma yoxsulluq əsas problem olaraq qalmaqdadır. İqtidar komandasının sədri həmçinin bildirib ki, təqaüdləri və məcburi köçkünlərə yardımı, eləcə də kadr siyasətini nəzərdən keçirməlidir və gənclərə daha geniş imkanlar verilməlidir.

"Bir il ərzində hakimiyyətdəki bütün çatışmazlıqları düzəltmək və ölkənin inkişafının sarsılmaz olması üçün bütün imkanlarımdan istifadə etməyi öhdəmə götürürəm. Əsas odur ki, ölkənin hakimiyyətinə və ayrı-ayrı məmurlara qəzəblənmiş xalq hakimiyyəti cəzalandırmaq məqsədilə öz ölkəmizivə öz gələcəyimizi cəzalandırmayaq və 2012-ci ildə həyat verdiyimiz hər şeyi suya tökməyək", - Bidzina İvanişvili bildirib.













Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google