Fransanın Xarici İşlər Nazirliyi Salome Zurabişvilini qələbə münasibəti ilə təbrik edib
Farnsanın Xarici İşlər Nazirliyi Salome Zurabişvilini prezident seçkilərində qalib gəlməsinə görə təbrik edib. Nazirlik tərəfindın yayımlanan bəyanatda yazılıb ki, Fransa yeni seçilmiş prezidentlə əməkdaşlıq etməyə hazır olduğunu bildirir .

“Yeni seçilmiş prezident beynəlxalq tanına sərhəddlər çərçivəsində Gürcüstan süverenliyi və ərazi bütövlüyünə dəstək baxımından bizə ümid bəsləyə bilər” – deyilir Fransa Xarici İşlər Nazirliyinin bəyanatında.

Ön məlumata görə, birləşmiş müxalifətin namizədi Qriqol Vaşadze səslərin 40,48%-ni (780 633), idarəçi komanda tərəfindən dəstəklənən Salome Zurabişvili isə 59,52% (1 147 627) səs toplayıb.

Print Email
FaceBook Twitter Google