Mən milli razılıq nümunəsi göstərəcəm - Salome Zurabişvili
Gürcüstanın beşinci prezidenti Salome Zurabişvilinin sözlərinə görə, onun məqsədi ölkəni bütövləşdirmək, ictimai sakitlik, güc və Avropada yer tutmaqdır.
Salome Zurabişvili çıxışında abxaz və oslara eləcə də sərhəddən kəarda yaşayan və ilk emiqrasiya nəsillərə də müraciət edib.

“Çox vacibdir ki, məhz indi 100 illik üçün hazırlaşan zaman mən emiqrasiyada doğulmuş adam, Gürcüstan prezidenti oldum. Bununla bir növ dairə çizildi. Rusiyanın 11-ci ordusunun hücumu və şuranın işğalı nəticəsində gedən emiqrasiya nəslinin nümayəndəsi bu gün konstitusiya ilə verilmiş səlahiyyətlə, hüquq mühafizəçisi olaraq və ali baş komandan kimi qayıtdım” – bildirib Salome Zurabişvili.

Onun dediyinə görə, dəfələrlə olduğu kimi öz tarixi boyunca Gürcüstan bu gündə yol kəsişməsində və böyük problem qarşısında durur.

“Burada, Telavidə bizim keçdiyimiz yol yaxşı görünür – mübarizə, çətinliklər və ya uğurla. Bu yer gürcü xalqı üçün bir növ yaddaş kartıdır. Çar Erekle ölkənin inkişafı və bütövlüyü üçün vuruşurdu. O, müasir gürcü əsgəri yaratdı və bir çox mübarizələrdə qalib gəldi. O, Avropa ölkəsinin əsasını qoyurdu. Burada Telavidə Çar Ereklenin müasir dövlət yaratmaqla, yeni standartların əsasının qoyulması, ölkəni Avropa yoluna aparmaqla bağlı olan planları sarsıldı. Bizim ölkənin inkişafı burada dayandı. Gürcüstanın müstəqil, vahid və güclü ölkə olaraq formalaşmasına gedən yolu bağladılar. Bunun bir çox səbəbləri var. Həmçinin, düşmənin planları. Ancaq müstəqilliyin bərpası ilə Avropa dövlətinin qurulmasına qayıtdıq. Bu gün bizim qarşımızda yenə də qərarverici mərhələ var” – bildirib Salome Zurabişvili.

Salome Zurabişvili qeyd edib ki, biz illərimizi siyasi qarşıdurmalarda itirdik.

“Mən ilk növbədə öz vətəndaşlarıma özü nümunə olacam və onları inandıracam ki, Gürcüstanın inkişafı və bütövlüyü üçün milli razılıq olduqca vacibdir” – bildirib Zurabişvili və əlavə edib ki, buna görə də inaquruasiyanın – ona az dəstək göstərilən yerdə, Telavidə keçirilməsinə qərar verib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər