Gürcüstanın yeni təyin olunmuş baş naziri Brüsselə səfərindən sonra Çin səfiri ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Çin Xalq Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Çou Tsien ilə görüşüb. Məlumatı Gürcüstan hökumətinin mətbuat xidməti yayıb.

Agentliyin məlumatına görə, hökumət administrasiyasında keçirilən görüşdə “strateji tərəfdaşlıq səviyyəsində” dərinləşən dostluq münasibətləri, eləcə də “əməkdaşlığın gələcək perspektivləri” barədə danışılıb.

“Strateji münasibətlər formatının sahə, iqtisadi və ticarət əlaqələrinin, xalqlararası əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid ifadə olunub”.

Görüşdə “iki ölkənin qanunvericilik orqanlarında parlament dostluq qruplarının yaradılmasının ölkələr arasında əlaqələri genişləndirdiyi” bildirilib.

Hökumətin mətbuat xidmətinin məlumatına görə, “görüşdə, həmçinin Gürcüstanın Qərb-Şərq birləşdirən dəhliz kimi ölkənin potensialını artıran xüsusi geosiyasi yerləşməsinin inkişafı baxımından iki ölkənin uğurlu əməkdaşlığı vurğulanıb və iqtisadi əməkdaşlıq məsələlərinə toxunulub, 2023-cü ilin yanvar-noyabr aylarında Gürcüstan və Çin arasında ticarət dövriyyəsi 1,5 milyard ABŞ dollarını keçib. Tərəflər bir-birinin suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini bir daha təsdiqləyiblər”,
- deyə yayılan məlumatda bildirilir.

Fevralın 21-də Gürcüstanın yeni baş naziri İrakli Kobaxidzenin Brüsseldə, Avropa İttifaqı institutlarının qərargahında və NATO-nun mənzil-qərargahında baş tutan ilk xarici səfəri başa çatıb.

Gürcüstan və Çin - keçmiş baş nazir İrakli Qaribaşvili və prezident Xi Jinping - 2023-cü ilin yayının sonunda strateji tərəfdaşlıq qurdular.

İrakli Kobaxidze baş nazir təyin olunmazdan bir müddət əvvəl yanvarın 14-də “Gürcü arzusu” partiyasının sədri kimi Çində olub.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər