Lukaşenko 2025-ci ildə keçiriləcək prezident seçkilərində də namizədliyini irəli sürəcəyini açıqlayıb

Belarusun avtokratik lideri Aleksandr Lukaşenko 2025-ci ildə keçiriləcək prezident seçkilərində də namizədliyini irəli sürəcəyini açıqlayıb.

Məlumatı fevralın 25-də Belarus hökumət mediası BeITA yayıb.

“Onlara [müxalifətə] deyin ki, mən [prezidentliyə] namizəd olacağam”. – deyə Lukaşenko ölkənin parlament və yerli şuralarına seçkilərdə səs verdikdən sonra jurnalistlərlə söhbəti zamanı bildirib.

Lukaşenkonun sözlərinə görə, “heç bir məsul prezident onun ardınca gedən xalqını döyüşə atmaz”.

Lukaşenkonun Belarus prezidenti olmasından 30 il ötür və bu dəfə o, altıncı dəfə adı çəkilən vəzifədə çalışır.

Mənbə: Tabula

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər