İrakli Kobaxidze İlham Əliyevi Gürcüstana dəvət edib
Ümidvaram ki, Prezident İlham Əliyev tezliklə Gürcüstana səfər edə biləcək, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Bakıda, Zaqulba sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə bəyanatında bildirib.

Kobaxidzenin qeyd etdiyi üzrə, o, dəvəti rəsmi olaraq İlham Əliyevlə bölüşüb.

“Ümid edirik ki, o, tezliklə ölkəmizə səfər edəcək. Bu səfər əlaqələrimizin inkişafına töhfə verəcək daha bir addım olacaq. Münasibətlərin inkişafı üçün hər zaman yer olsa da, bizim qeyri-adi tərəfdaşlıq səviyyəsi, münasibətlərimiz var. Biz iki ölkə arasında tərəfdaşlıq, dostluq və əməkdaşlığın mümkün qədər dərinləşməsi üçün hər şeyi edəcəyik”,
– deyə İrakli Kobaxidze bildirib.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google