Kvemo Kartli məktəblərində hansı vakansiyalar elan olunub
Kvemo Kartlinin ictimai məktəblərində 8 vakansiya elan olunub. Vakant yerlər müəllim vakansiyaları ilə bağlı veb-səhifədə yayımlanıb. Əksər təhsil müəssisələri həkim və xüsusi müəllim axtarır.

Marneuli bələdiyyəsinin Kəpənəkçi ictimai məktəbinə xüsusi müəllim vakansiyası elan olunub.
  • İş saatları həftədə 18 saat.
  • Təxmini əməkhaqqı 350-450 laridir.
Sulxan-Saba Orbeliani adına Bolnisi şəhər 1 saylı ictimai məktəbi xüsusi müəllim vəzifəsinə vakansiya elan edib.
  • Təxmini əməkhaqqı 480 laridir.
Dmanisi bələdiyyəsinin Boslebi kənd ictimai məktəbi iki vakansiya elan edib.

Tətbiqi və təsviri incəsənət müəllimi.
  • İş saatı - həftədə 18 saat.
  • Təxmini əməkhaqqı ayda 600-700 lari.
Dmanisi bələdiyyəsinin Yağlıca kənd ictimai məktəbi həkim vəzifəsinə vakansiya elan edib.
  • İş saatı -48 saat.
  • Təxmini əməkhaqqı 660-720 lari.
Tsalka bələdiyyəsinin Qumbati kənd ictimai məktəbi həkim vəzifəsinə vakansiya elan edib.
  • İş saatı həftədə 40 saat.
  • Təxmini əməkhaqqı ayda 500-600 lari.
Tetritskaro bələdiyyəsinin Marabda kəndinin 9 qardaş Xerxeulidzelər adına ictimai məktəbi xüsusi müəllim axtarır.
  • İş saatı - həftədə 40 saat.
  • Təxmin edilən əməkhaqqı 500-550 laridir.
Tetritskaro bələdiyyəsinin Kosalar kənd ictimai məktəbi xüsusi müəllim vakansiyası elan edib.
  • İş saatları - həftədə 40 saat.
  • Təxmini əməkhaqqı ayda 400-600 lari.
Qeyd etmək lazımdır ki, məqalədə verilmiş vakansiyalar qüvvədədir.

Print Email
FaceBook Twitter Google