Müsabiqə - İştiraketmə Demokratiya Məktəbi 2024
"Çoxmillətli Gürcüstan" (PMMG) İnklüziv Demokratiya Məktəbinə qoşulmaq üçün yeni qrupun qəbuluna start verib.

Etnik azlıq nümayəndələri olan gənclər üçün müsabiqə elan olunub.
  • Müsabiqədə iştirak etmək üçün gənclər aşağıda verilən meyarlara əsasən seçiləcəklər:
  • Kvemo Kartlidən və ya Samtsxe-Cavaxetidən olan etnik azlıq nümayəndələri;
  • 18-35 yaşlarında motivasiyalı gənclər;
  • Bakalavr və ya magistratura pilləsi tələbələri və ya bu pilləni bitirmiş olanlar;
  • Gürcüstanda baş verən proseslərlə maraqlanan və demokratik dəyərlər haqqında məlumata sahib olan gənclər;
Qeyd olunan müsabiqə çərçivəsində iştirakçı gənclər öz praktiki bacarıqlarını inkişaf etdirəcək, yeni bilik və bacarığa yiyələnəcəklər.
Xatırladaq ki, müsabiqədə iştirak və proqramın bütün komponentləri pulsuzdur.

Müsabiqədə iştirak etmək istəyən gənclər ərizə formasını https://forms.gle/Dw2AfPEh7UHhx8Xz9 keçidinə daxil olaraq doldura bilərlər.

“İnklüziv Demokratiya Məktəbi 2024” başlıqlı CV-lərini isə CLOAKING elektron poçt ünvanına göndərə bilərlər.

Müraciətlərin qəbulu üçün son tarix 19 aprel 2024-cü ildir.

Daha ətraflı məlumatı qeyd olunan saytdan əldə edə bilərsiniz.

https://jobs.ge/ge/?view=jobs&id=533795&fbclid=IwAR1iNS34E8Ksth1Ik9u2MsIBfCyc7xagWRGKabDaxcTfNVAJ-ff-mAu_3Gg







Print Email
FaceBook Twitter Google