Avakyanın abidəsinin qarşısında cavab aksiyası keçirildi
17:42 / 09.02.2019
8
fevralda etnik Azərbaycanlılar Qarabağ müharibəsində iştirak etmiş
Avakyanın abidəsinin demontajına cavab aksiyası
keçiriblər.
Tblisidə keçirilən aksiyaya cavab olaraq həmin gün, Axalkalaki
bələdiyyəsinin Buğaşen kəndində Avakyanın abidəsinin qarşısında
gənclər hərəkatı "Зори Зорьяна"-nın üzvləri toplanıblar və öz
dəstəklərini belə bildiriblər. Yazır "Jnews".
Nəşriyyatın yazdığına görə gənclər hərəkatının üzvləri hesab
edirlər ki, oxşar hərəkətlə cavab reaksiyası göstəriblər. Buğaşen
sakinlərinə lazım olduğu halda gənclər hərəkatı onlara dəstək
olmağa hazırdır.
Xatırladaq ki, 8 fevral tarixində Tbilisidə Parlament binasının
qarşısında Mixeil Avaqyanın Axalkalakidə ucaldılmış abidəsi ilə
bağlı azərbaycanlı gənclər tərəfindən aksiya keçirildi.
Aksiyada tələbələr, fəal gənclər, QHT sektorunun nümayəndələri, bir
sıra siyasətçilər və gürcü ictimaiyyət nümayəndələri iştirak
edirdilər. Aksiyada çıxış edənlər Axalkalakidəkidə tez bir zamanda
büstün götürülməsini tələb edirdilər. Aksiyada Gürcüstan
parlamentinin deputatı Azər Süleymanov, Malxaz Maçalikaşvili, Əli
Babayev, Əhməd İmamquliyev, Əlibala Əsgərov, Benyamin Qasımov,
Simon Kopadze, Quram Marxuliya, Tengiz Txelava və digərləri çıxış
etdilər. Onlar çıxışlarında qeyd etdilər ki, Gürcüstanda
separatçının büstü tez bir zamanda götürülməlidir.
Aksiyada çıxış edənlər Gürcüstanın ərazi bütövlüyü uğrunda canından
keçən azərbaycanlı ölkə vətəndaşlarına indiyə kimi heç bir küçə və
ya abidənin olmadığını qeyd ediblər.
Xatırladaq ki, 20 yanvar tarixində Axalkalaki bələdiyyəsinin
Buğaşen kəndində Qarabağ müharibəsində iştirak etmiş Mixeil
Avaqyanın büstünün açılışı olmuşdu. Abidənin qoyulması etirazlara
səbəb olub.
Mövzu ilə bağlı digər xəbərlər:
“Abidə bizim ölkədə necə inteqrasiya siyasəti
getdiyinin göstəricisi olacaq” - Zaur
Xəlilov
“Bu mövzu ilə
bağlı ajiotaj yaratmaq lazım deyil” – XİN Axalkalakidə qoyulmuş
abidə ilə bağlı
Gürcüstan
diplomatik qalmaqala qarışır – Qarabağ müharibəsində iştirak edən
Mixail Avakyaniyə Axalkalakidə heykəl
qoyublar
Daxili İşlər
Nazirliyi Axalkalakidə “Güc Birlikdədir”-in üzvlərinə hücum
olunması faktı ilə bağlı istintaqa
başlayıb
"Biz bu ölkədə
milli ayrı seçkilik istəmirik, hüquqlarmızın bərabər olmasını
istəyirik" - Avaqyanın büstünün qoyulmasına etiraz edən gənc
(VİDEO)
Azərbaycanlı
gənclər Avaqyanın büstünün qoyulmasına etiraz etdilər
(LIVE)
Kobaxidze
Avaqyanın büstü ilə bağlı Süleymanova belə cavab verdi