Amiran Qiorqadze üçün 2018-ci ildə həyata keçirilmiş 3 ən yaddaqalan layihə hansılardır

Marneulinin gender bərabərliyi üzrə şurasının yaradılması, Algeti, Sadaxlı və Saimerlo uşaq bağçaları və 2019-cu ilin büdcəsi.

Marneuli bələdiyyə məclisinin sədrinin 2018-ci ildə 3 ən əsas yadda qalan layihəsi budur.

Marneuli bələdiyyəsində gender şurası 2018-ci ilin fevral ayında yaradılıb. Şuranın əsas öhdəliyi gender bərabrəliyi, ailədə zorakılıq, erkən evlilik və başqa mövzularla bağlı çalışmaqdır.

Alegti və Sadaxlı uşaq
bağçaları müasir standartlara uyğun tikilib və hər biri 150 uşaq üçün nəzərdə tutulub.

Hər iki bağçada yetişdirmə prosesi artıq başlayıb. Uşaq bağçaları birliyinin direktoru Zaur Kərəmovun dediyinə görə bağçalarda 180-ə yaxın uşaq yerləşdirmək mümkün olacaq. Saimerlo uşaq bağçasının tikintisi qaydaya əsasən artıq başa çatmalı idi, amma işləri yerinə yetirən şirkət tender şərtlərini pozub və işləri gümn ki, 2019-cu ilin yanvarında bitirəcək.

Marneulinin 2019-cu ilin büdcəsini bələdiyyə məclisi hələ təsdiqləməyib. Özünüidarəetmə orqanı büdcəni ictimai müzakirəyə də çıxarıb. Amma birinci müzakirədə əhali və QHT sektoru iştirak etmək istəyinin olmasına baxmayaraq edə bilməyib. Bələdiyyə məclisi büdcə layihəsinin təsdiqlənməsini 27 dekabrda planlaşdırır.

 

Print Email
FaceBook Twitter Google