Dini Agentliyi irqçilik və dözümsüzlüyə qarşı Avropa Komissiyası tənqid edib
İrqçiliyə və dözümsüzlüyə qarşı Avropa Komissiyası (ECRI) Gürcüstana verilmiş tövsiyyələrin yerinə yetirilməsi haqqında nəticəni yayımlayıb. ECRI yazır ki, Gürcüstan komissiyanın 2016-cı ildə verdiyi tövsiyyələri tam yerinə yetirmir.

Avropa Komissiyası nəticədə iki məsələni diqqətə yetirib. ECRI-ın bəyanatına görə onların tövsiyyəsi ilə Gürcüstan hakimiyyəti Xalq Müdafiəçisi ofisində fəaliyyət göstərən dini şuraya daha çox diqqət ayırmalı idi.

Əvəzində Gürcüstan hakimiyyəti onlara bildirib ki, dini icmalar və dövlət arasında vasitəçi Dini Məsələlər üzrə Dövlət Agentliyidir. Agentlik Gürcüstan hakimiyyətinin təsdiqləməsi ilə mediator rolunu tam yerinə yetirir və dinlərlər bağlı problemlərin həllində və inter-dini gərginliklərin yüngülləşdirilməsində müstəqil, etibarlı və uğurlu mediatordur.

Hakimiyyət artıq komissiyaya bildirib ki, Dini Agentlik keçmişdə artıq Dini Şura ilə əməkdaşlıq üçün addımlar atıb. Ancaq Dini Şuranın bəzi üzvləri agentliyə qarşı mənfi əhal-ruhiyyədə idi və onun ləğv olunmasını tələb edirdi.

Ancaq ECRI-ın nəticəsinə görə bu iki institut arasında əməkdaşlıq aşağıdır. Dini Agentlik yalnız Şuranın təqdim etdiyi sənədələrə baxmaqla kifaəytlənb. Komissiyasnın nəticəsinə görə Gürcüstan hakimiyyətinin təsdiqinə baxmayaraq Dövlət agentliyinin fəaliyyətinə qarşı suallar yaranır.

Məsələn, 2015-ci ildə Moxe məscidinin ətrafında gedən dava zamanı müsəlman icması bu məsələ ilə bağlı yaradılmış Dövlət Komissiyasına Xalq Müdafiəçisinin qolulmasını tələb etdi, çünki dövlət agentliyinə etibar etmirdilər. Ancaq agentlik bu tələbə mənfi cavab verdi. ECRI təəssüf edir ki, bu halda Ombudsmanın təcrübəsindən dözümlülüyə dəstək olmaqda istifadə etməyiblər.

“Komissiya Dini Məsələlər üzrə Dövlət Agentliyinin marağını göstərən, dini şura ilə əməkdaşlıq etməli olduğu haqqında başqa heç bir məlumat almayıb” – yazır ECRI.

Komissiyaya əsasən 2017-ci ildə ölkədə konstitusiya dəyişikliklərinin müzakirəsinin başlaması da vacibdir. Dəyişikliklərin bir hissəsi Milli Təhülksəziliyin qorunması səbəbi ilə azadlığın məhdudlaşdırılması məqsədini daşıyırdı.

Dəyişikliklər qəbul olunduğu halda xüsusən dini azlqıalra zərər vuracaqdı. Dini Şura Venesiya komissiyası ilə birgə bu dəyişikliyin insan huüquqlarının Avropa Konvensiyası ilə uyğunsuzluğunu təsdiq ediri. Dövlət Agentliyi isə mövqe bildirməyib.

“Bu məsələ insan hüquqularını qoruyan və dini qruplarda çübhəni daha da dərinləşdirdi ki, dövlət agentliyi müstəqil institut əvəzinə dini azlıqların yoxlanılması üçün yaradılmış mexanizmdir.

Bu məlumata əsaslanaraq ECRI nəicə çıxarıb ki, bu təşkilatın ilk əvvəl tövsiyyə verdiyi əsas dəyişmzədir. Eləcə də Dini Məsələlər üzrə Dövlət Agentliyi ECRI -ın tövsiyyələrdnə qeyd olunduğu kimi Dini Şura ilə əməkdaşlıq üçün vacib addımlar atmayıb”
– təşkilat yazır.

Ona görə də Avropa Komissiyasının irqçilik və dözümsüzlüyə qarşı komissiyası hesab edir ki, Gürcüstan komissiyası bu tövsiyyəni yerinə yetirməyib.

İkinci tövsiyyədə ECRI qeyd edib ki, DİN xüsusi şöbə yaratmalı idi və şöbə irqçilik və homofobiya/transfobiya motivi ilə törədilmiş cinayətləri araşdırmalı idi. DİN-də İnsan Hüquqlarının Müdafiəsi Departamenti yaradıldı və ECRI bunu önə atılan addım hesab edir. Amma departament istintaq əvəzinə yalnız ona nəzarət funksiyasını yerinə yetirir.

Eləcə də Komissiya DİN-in departament yaradan zaman Xalq MÜdafiəçsi və LGBT hüquqlarını qoruyan təşkilatlarla əməkdaşlıq edib etməməsi haqqında da məlumat almayıb. Bu tövsiyyədə qeyd olunubmuş. Ona görə də komissiyanın nəticəsinə görə Gürcüstan yalnız bu tövsiyyənin bir hissəsini yerinə yetirib.


Mənbə: Liberal
Print Email
FaceBook Twitter Google