Marneulidə Qərb inteqrasiyası məlumatlarının yayılması üçün layihə başlayıb

Bu gün, 12 mart tarixində Marneuli meriyasında “Regionlarda Qərb inteqrasiya prosesi haqqında məlumatlandırma və qoşulmanın artırılması” layihəsinin təqdimatı baş tutdu.

Təqdimatda Gürcüstanın Avropa və Avroatlantikaya inteqrasiyası məsələləri müzakirə olundu.

Dəvət olunan məruzəçi, Gürcüstanın Atlantika Şurasının vitse-prezidenti Batu Kutelia hesab edir ki, yerli özünüidarəetmə nümayəndələri bu bələdçinin cəmiyyətdə aktiv yayımçıları olmalıdırlar.

“Bu görüşün məqsədi odur ki, bələdiyyəyə, yerli hakimiyyət nümayəndələrinə bu proseslə bağlı çox məlumat verək ki, sonra onların gündəlik görüşləri olan əhali ilə söhbəti asanlaşsın. Öz konkret işlərindən əlavə ümumi siyasi və tarixi kontekstdə də danışsınlar. Çünki bu gündəlik sənlərin prosesidir və onların rolu da medianın rolu kimi vacibdir” – Batu Kutelia deyir.

NATO və Avropa Birliyi haqqında Məlumat Mərkəzinin Kvemo Kartli üzrə regional nümayəndəsi Temur Suğaşvili bizimlə söhbət zamanı qeyd edir ki, layihə çərçivəsində Kvemo Kartlidə 75-ə qədər görüş keçiriləcək.

“Bildiyiniz kimi bu gün dünyada Gürcüstana da aid olan, Qərbə qarşı təxribatlar kəskin şəkildə durmaqdadır və bu layihə əhalidə düzgün məlumatın paylaşılmasını nəzərdə tutur. Bu Gürcüstanda qərb yönlü olan əhalinin sayının artmasına xidmtə edir” – Temo Suğişvili deyir.

Marneulinin mer vəzifəsini yerinə yetirən Zaur Tabatadze bugünkü görüşü vacib qiymətləndirir və deyir ki, Marneulidə Avropa və Avroatlantika inteqrasiyası məsələləri haqqında məlumatlı olmaq daha yüksək dərəcədə olmalıdır.

“Bizim dəstəyimiz məhz ofisin yaranmasındadır. Müvafiq olaraq bu ofisin rəhbərinin proqramı kəndlərdə əhali ilə görüşləri nəzərdə tutur. Hesab edirəm ki, dövlət tikintisinin bəndlərindən biri meriyadır. Bələdiyyənin inkişafı baxımından da və uyğun olaraq bu görüşlərə və əhalinin məlumatlandırılmasına dəstək göstərəcəyik”
– Zaur Tabatadze deyir.

Məlumat problemi və yayımlama ehtiyacları haqqında Kvemo Kartlinin dövlət müvəkkilinin müavini Zaur Darğallı da danışdı.

“Gürcüstanın Avro-Atlantikaya inteqrasiyasının gətirdiyi faydalar haqqında əhalinin məlumatı olmalıdır. Düşünürəm ki, problemlər var, amma birgə qoşulmaqla biz bacaracağıq və maksimum dərəcədə məlumat yayımlayacağıq” – Zaur Darğallı deyir.

Regionlarda Qərb inteqrasiya prosesi haqqında məlumatlandırma və qoşulmanın artırılması” layihəsi 18 ay ərzində davam edəcək.


 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər