Gəmi kapitanı delfini öldürdüyün etiraf edib və 40 900 lari dəyərində məbləğlə cərimələnib
10 mart tarixində Batumi sahilində delfin öldürülüb. Ətraf Mühitin Mühafizəsi xidmətinin Nəzarət Departamentinin məlumatına görə, Qara Dənizin mühafizə idarəçiliyi və DİN-in sərhəd polisinin operativ -istintaq üzrə baş idarəçiliyinin əməkdaşları tərəfindən birgə aparılan tədbirlər nəticəsində qanunu pozan– Türkiyə bayrağı altında üzən gəminin kapitanıdır.

Qanunu pozan şəxs günahını etiraf edib. Ətraf Mühitin Mühafizəsi xidmətinin Nəzarət Departamenti və sərhəd polis əməkdaşları tərəfindən günahkar olan şəxsə qarşı qayda pozuntusu protokolu tərtib edilib.

Batumi Mülki Məhkəməsinin qərarı ilə törədilən cinayət üçün qayda pozan şəxsə 40 900 lari dəyərinfə cərimə kəsilib. Məbləği ödədikdən sonra gəmi Gürcüstanın sərhəd sularını tərk edəcək.
Print Email
FaceBook Twitter Google