Tbilisidə mikroavtobuslar daha bir neçə küçədə yalnız dayanacaqda saxlayacaqlar
Tbilisidə daha bir neçə küçəd bölünəcək və həmin küçələrdə miktroavtobuslar yalnız dayanacaqda saxlayacaqlar.

Belə küçələrin sayı təqribən 12-dir. Qeyd olunan məsələ paytaxtın hökumət iclasına təsdiqlənmək üçün sabah çıxarılacaq.

“Biznespressnews”un məlumatına görə, həmin 12 küçə arasında – Sereteli, Tamar Mepe, Ketevan Dzamebuli və Robakidze prospektləri də nəzərdə tutulur.

Xatırladaq ki, keçən ildən Tbilisidə artıq 14 küçə nəzərdə tutulub və orada mikroavtobuslar yalnız ictimai nəqliyyat üçün müəyyən olunan yerlərdə saxlayırlar. Həmin 14 küçə bunlardır: Vaja-Pşavela, Şota Rustaveli, Aleksandre Kazbeki, Davit Ağmaşenebeli, İlia Cavcavadze, Marşal Qelovani prospekti, Merab Kostava, Petre Melikişvili, Vaxtanq Qorqasali, Jiuli Şartava, Pekin, Corc Buş Küçəsi, eləcə də Davit Ağmaşenebeli xiyabanı və Kaxeti kəsişməsi.

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər