Birinci sinif şagirdlərinin valideynləri məktəbə peyvəndi təsdiqləyən sənəd təqdim etməli olacaqlar
Birinci sinif
şagirdlərinin validyenləri məktəbə peyvəndi təsdiqləyən sənəd
təqdim etmli olacaqlar
– bu
haqda Gürücstan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirinin müavini
İrina abuladze bildirib.
Abuladze açıqlama verib ki, birinci mərhələdə valideynlər peyvəndi
təsdiqləyən sənədi verməli olmayacaqlar ancaq qanunun qüvvəyə
minməsindən sonra 2019-cu ilin iyununda buna ehtiyac yaranacaq.
“İndiki mərhələdə səhiyyə nazirliyi ilə əməkdaşlıqla
qızılcanın yayılma faktına görə tövsiyyə məktubu göndərdik ki,
məktəblər valideynlərdən peyvəndi təsdiləyən sənəd tələb etsinlər.
Ancaq indiki mərhələdə bu vacib sənədlər arasında deyil. Amma demək
istəyirəm ki, parlment qanun qəbul edib və iyundan peyvəndlərin
məcburi olması ilə bağlı qanun qüvvəyə minəcək. Müvafiq olaraq
qanun qüvvəyə mindikdən sonra təhsil sisteminin və təhsil
müəssisələrinin hansı öhdəliklərinə ola bilsin sənədlərin təqdim
olunması ilə bağlı dəyişikliklər daxil olsun. Belə olan halda
valideynlərə mütləq xəbərdarlıq edəcəyik” – Abuladze
bildirib.