Novruz bayramında hansı tədbirlər baş tutacaq

Marneulidə 21 mart tarixində saat 11:00-da Novruz bayramı qeyd olunacaq. Marneuli meriyası Facebook səhifəsində tədbirlərin siyahısını yerləşdirib və olduğu kimi siyahını sizə təqdim edirik.

Saat 13:00-16:00 – ümumi gəzinti və sərgilər.

Tədbirlərin əsas məkanı
(Marneuli şəhəri, Rustaveli k. Meriyanın ətraf ərazisi):
•Azərbaycan etnik guşəsi (ənənəvi yeməklər, şirniyyatlar, çay)
•Gürcü etnik guşəsi (ənənəvi yeməklər, şirniyyat, şərab)
•Foto guşə
•Yerli rəssamların rəsmlərinin sərgisi
•Marneuli bələdiyyəsinin “Mədəniyyət evində” düzəldilmiş keramika işlərinin və rəsmlərin sərgidi; Əl işləri üzrə masterklass.
•Azərbaycan alətlərinin sərgisi
•Kəndlərdən olan xalq əl işlərinin sərgisi
•“Çay Evinin” pavilyonu (əl işləri və.s.)
•Zurab Jvaniya adına Dövlət Administrasiya Məktəbinin Marneuli Regional Mərkəzinin guşəsi
•Gürcüstanın Qırmızı Xaç Cəmiyyətinin Marneuli filialının guşəsi.
•Kvemo Kartlinin Probasiya bürosu tərəfindən təqdim olunmuş icbari məhbusların əl işlərinin sərgisi.
•Şulaveridə yerləşən “Studio Hobby Hause”nin benefisiarları tərəfindən işlənilmiş əşyaların sərgisi
•Əl işi olan zərgərlik əşyalarının sərgisi (Medea Ckadua)
•Yerli istehsal olan məhsulların sərgisi.
•Kvemo Kartli bələdiyyəsinin pavilyonu.


Marneuli kitabxanasının parkı
•Marneuli bələdiyyəsində olan mədəni irsi abidələrin foto sərgisi.
•Bələdiyyə meriyası tərəfindən həyata keçirilmiş və planlaşdırılan layihələrin foto sərgisi.
•Marneuli şəhərinin ictimai kitabxanasının guşəsi. Kitab sərgisi; Kitabxananın 2 illik fəaliyyətinin nəticələrinin təqdimatı (foto sərgi).


Marneuli Mədəniyyət Evinin parkı:
•Uşaqların əyləncə guşəsi (atraksionlar)
Saat 11:00-13:00 – parkın sol hissəsində idman aktivlikləri nümayiş olunacaq:
•Gürcü cüdosu
•Qol güləşi
Tədbirlərin əsas hissəsi:
Saat 12:30-12:40 – Rustaveli küçəsində teatral yürüş: araba ilə bahar qız (Azərbaycan ənənəsinə uyğun), səhnəyə buyuracaq.
12:30-12:40 – idman yarışlarının keçirilməsi
12:40-12:50 – Bahar qızı ilə birgə Azərbaycan rəqsi “Yallı”nın sədaları altında ənənəvi tonqal yandırmaq.
12:50-13:00- Səhnədə 10 dəqiqəlik teatral tamaşa oynanılacaq və yaz rəqsi ilə başa çatacaq. (Teatral təqdimatda qonaqlar da iştirak edirlər).
13:00-13:10- Qonaqların salamlama çıxışı/təbrik
13:10-16:00- Bayram konserti

Tədbirdə iştirak etmək sərbəstdir.

İştirakçıların nəzərinə!!

Qiorqadze küçəsindən, idman kompleksi Ata Holdinq parkından Marneuli meriyasının ətraf ərazisi də daxil olmaqla yol bağlanacaq.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər