Kutaisi aeroportunda tərkibində psixotrop maddə olan dərman aşkarlanıb
Maliyyə Nazirliyinin Gəlir Xidmətinin gömrükçülərinin 29 aprel tarixində “Kutaisi aeroportu” sərhəd keçid məntəqəsində şübhə əsasında Gürcüstan vətəndaşı İ.M.-yə aid əl çantasını yoxlaması nəticəsində tərkibində psixotrop maddə olan dərman (56 ədəd lirika həbi) aşkar olunub.

Faktla bağlı Daxili İşlər Nazirliyi tərəfindən Cinayət Məcəlləsinin psixotrop maddələrin qeyri-qanuni şəkildə əldə edilməsi-saxlanılmasını nəzərdə tutan 261-ci maddəsinin birinci hissəsi ilə istintaq aparılır.

Mənbə: rs.ge
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər