Üç şirkət "Gürcü Arzusuna" 200 min lari ianə köçürüb

„Gürcü Arzusuna” üç şirkət “Qaqra+”, “Geo Sand” və “Geo Qvardzi” ümumilikdə 200 min lari ianə göstərib - Netgazeti yazır.



Audit Xidmətinin məlumatına görə Qaqra+ iqtidar partiyasına 100 min və qalan iki şirkət isə hər birinə 50 min lari ianə köçürüb.

Qaqra+ distrübutor şirkətdir. Onun direktoru Şota Karanadzedir, sahibi də Giorgi Manaqadze. “Geo Qvardzi” MMC əvvəl də Gürcü Arzusuna ianə göstərib.

2017-ci ildə şirkət iqtidar partiyasına 100 min lari ianə göstərib. Prezident seçkilərində isə Gürcü Arzusunun dəstəklıdiyi namizəd Salome Zurabişviliyə ümimilikdə 100 min lari ianə göstərib. Şirkətin direktoru Mixeil Siradzedir və eyni zamanda "Geo Qvardzi" MMC-nin 34%-nin sahibidir. "Geo Qvardzi" MMC xır və qırmadaş biznesindədir.

Beynəlxalq Şəffaflıq – Gürcüstanın məlumatına görə, Geo Qvardzi 19 asanlaşdırılmış alqı-satqıda iştirak edib və ümumi dəyəri 53 134 laridir.

Geo Sand-ın sahibi isə Aleksandre Siradze, İvane Parkosadze və Mamuka Dekanoidzedir. Geo Qvardzi kimi geo Sand da Saçxeredə qeydiyyatdadır.

Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google