Növbəti dava "Rustavi 2"-nin redaksiya müstəqilliyinə təhlükə yaradır - QHT-lər

QHT-in qiymətləndirməsinə görə növbəti məhkəmə davası yalnız “Rustavi 2”-nin fəaliyyətinə mane olur,

hətta media plüralizmə və ölkədə azad media mühitə təhlükə yaradır.

QHT-lər bəyanat yayırlar ki, Tbilisi Şəhər Məhkəməsinə daxil olmuş şikayətlə bağlı bəyanat yayımlayırlar. Mülki sektorun qiymətləndirməsinə görə, Rustavi 2 tele şirkətinin ətrafında 2015-ci ildən baş verən hadisələri nəzərə almaqla bu prosesə qarşı da leqitim suallar yaranır.

“Rustavi 2” təsir göstərən və hakimiyyətə qarşı tənqidi yanaşan kanallardan biridir. Kanal artıq illərdir ki, redaksiya siyasətinin dəyişdirilməsi təhlükəsi qarşısında durur. Buna baxmayaraq plüralistik media mühitin qorunub saxlanılması üçün tənqidi və rəngarəng media platformaların olması vacibdir” – bəyanatda deyilir.

QHT-lər hesab edirlər ki, Rustavi 2-nin redaksiya siyasətinin dəyişdirilməsi mübahisəsiz şəkildə 2020-ci ilə qədər seçkiqabağı mühitə və ümumi demokratik prosesə mənfi təsiri olacaq.

Qeyd edilməlidir ki, son dövrdə Rustavi 2-dən başqa digər media vasitələrinə qarşı da bir çox proseslər gedir: Tv Pirveli, İberia TV və Acara televiziyası. Bunlar medianın müstəqilliyinə hakimiyyətin müəyyən müdaxiləsi ilə bağlı suallar yaradır.

“Bu məsələlər isə beynəlxalq hesabatlara mənfi təsir göstərəcək. Onlar Gürcüstanda medianın vəziyyətini və demokratiyanın inkişafını qiymətləndirirlər. Gürcüstan üçün, demokratiyaya keçiddə olan ölkə üçün söz və ifadə azadlığı nın yüksək standartının qorunması olduqca vacibdir. Bu isə plüralistik media mühitin qorunmasından kənar mümkün deyil” - bəyanatda deyilir.

Bəyanatı sonrakı təşkilatlar imzalayıb:

 Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası
 Gürcüstanın Jurnalistlər Etikası Xartiyası
 Gürcüstanın Açıq Cəmiyyət Fondu
 Televiziya şəbəkəsi, Gürcüstanın kiçik və orta telekommunikasiya operatorları Assosiasiyası
 Media kub
 Regiona Yayım Alyansı
 Tbilisi Liberal Akademiyası
 Gürcüstanın Demokratik Təşəbbüsü
 Beynəlxalq Şəffaflıq Gürcüstan
 Ədalətli Seçkilər və Beynəlxalq Demokratiya Cəmiyyəti Medianın İnkişaf Fondu

Rustavi 2-nin baş direktoru Nika Qvaramiyanın bəyanatına görə teleşirkətə qarşı məhkəməyə şirkətin 9-%lik hissəsinə malik olan Nino Nijaradze tərəfindən yeni bir şikayət yenə daxil olub.

Nika Qvaramiya bildirir ki, şikayətin məqsədi teleşirkətin idarəsindən onu uzaqlaşdırmaq, kanalın iflasa uğraması və Bidzina İvanişvilinin onu ələ keçirməsidir .

Rustavi 2-nin baş diektprunun sözlərinə görə kanal fövqəladə rejimdə çalışmağa keçib.
Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər