Marneulidə növbədənkənar seçkilərin keçirilməsi dövlətə nə qədər vəsaitə başa gələcək
Son dörd il ərzində Marneulidə dörd dəfə seçkilər keçirilib. Yerli özünüidarə, Parlament, prezident indi isə növbədənkənar mer seçkiləri.

Seçkilərin keçirilməsi üçün dövlət büdcəsindən vəsait ayrılır ki, bu da dairə və məntəqə seçki komissiyaları, köməkçi və texniki personal xərcləri üçün bölünür.

2019-cu il növbədənkənar mer seçkilərində dairə seçki komissiyası xərcləri üçün 5 626 lari, məntəqə seçki komissiyaları xərcləri üçün 15 975 lari, köməkçi və texniki personal üçün isə 118 190 lari ayrılıb.
Bu il Marneulidə keçiriləcək seçkilər üçün ümumilikdə 39 791 lari xərclənəcək.

Növbədənkənar seçkilərin keçirilməsi keçmiş mer Temur Abazovun həbsi ilə əlaqədardır. Prokurorluq Abazovu 2018-ci il 14 iyun tarixində Marneuli sakini Ellçin Allahverdiyevə qarşı alçaldıcı və qeyri-insani rəftar ittihamı ilə saxlamışdı.

13 dekabr 2018-ci ildə isə keçmiş mer 10 000 lari girov qarşılığında azadlığa buraxılmışdı, onun mer səlahiyyətləri isə rəsmi olaraq 13 fevral 2019-cu ildə onun öz ərizəsi əsasında dayandırılmışdı.

Günahı sübuta yetirildiyi təqdirdə Abazovu 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

“Marneuli” radiosu


Print Email
FaceBook Twitter Google