Marneulinin teatr truppası Polşada teatr festivalında işğala etiraz ediblər (Video+)
“Rusiya işğalçıdır”, “Bizim ölkənin 20%-i Rusiya tərəfindən işğal olunub” – Marneulinin teatr truppası bu şüarların yazıldığı plakatlarla Polşanın teatr festivalında işğala etiraz edib. Qeyd olunan məlumat Marneuli Mədəniyyət Mərkəzinin rəsmi “Facebook” səhifəsində yayımlanıb.

Bir neçə gün əvvəl Marneuli bələdiyyəsinin Mədəniyyət Evində fəaliyyət göstərən teatr truppası Polşaya səfər edib. Dünən, 24 iyunda Qdanskda baş tutan 10-cu beynəlxalq teatr festivalında truppa rejissor Qoça Xviçianın “Airdzinaği” tamaşasını təqdim edib. Tamaşanın sonunda Qoça Xviçia tamaşaçıların diqqətini xahiş edib və işğala etirazını bildirib.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər