Acarıstanda ezamiyyətdə olan 1 nəfər patrul əməkdaşında koronavirus aşkarlanıb – DİN

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Polis Departamentinin 1 əməkdaşında və Nazirlikdə müqavilə əsasında çalışan təmizlik şirkətinin 1 əməkdaşında koronavirus aşkarlanıb.



“14-15 sentyabr tarixlərində keçirilən yoxlamalar nəticəsində Acarıstan bölgəsində ezamiyyətdə olan Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin Tbilisi Baş İdarəsinin patrul müfəttişində də yoluxma halı təsdiqləndi.

Daxili İşlər Nazirliyinin yoluxmuş şəxs ilə birbaşa təmasda olan bütün işçiləri epidemioloqların müşahidəsi altındadır.
Xəstəliklərə Nəzarət Milli Mərkəzinin həkimləri yoluxma mənbəyini müəyyənləşdirir və təmasları araşdırırlar. Xəstəliyə yoluxanlar klinikada müalicə olunur, vəziyyətləri stabildir"
, – qurumdan bildirilib.

Bu gün Gürcüstanda 196 yeni koronavirusla yoluxma halı aşkarlanıb. Bunlardan 145-i Acarıstanda təsdiqlənib.

Mənbə: Publika

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər