Tariel Nakaidze parlamentə daxil olmağa və "Avropalı Gürcüstan"-dan ayrılmağa qərar verib
"Avropalı Gürcüstanı"-nın Siyasi Şurası partiyanın parlament fəaliyyətində iştirak etməməsinə qərar verib.

"Partiyanın demək olar ki, ortaq mövqeyi budur ki, "Avropalı Gürcüstan" siyasi cəhəddən qanunsuz olan parlamentdə iştirak etməməlidir", - deyə Siyasi Şura iclasından sonra partiya sədri Qiqa Bokeria bildirib.

Onun sözlərinə görə, Tariel Nakaidze bu mövzuda fərqli fikirdə olub. Eyni zamanda, o, "Avropalı Gürcüstan"-ın parlamentdəki nümayəndəsi olmaq istədiyini və ya "Avropalı Gürcüstan" parlamentə girməyə qərar verərsə, partiyadaxili rəqabət yolu ilə yerini başqasına güzəştə gedəcəyini bəyan edib .

"Ancaq parlamentə girməməyə qərar verdiyimiz üçün yollarımızı ayırdıq", - deyə Bokeria qeyd edib.

Tariel Nakaidze, öz növbəsində, partiyanın qərarını dəstəklədiyini, ancaq spesifik keçmişi və dini azlıqlar üçün təmsilçilik forması səbəbindən müstəqil olaraq parlamentə girməyə qərar verdiyini söyləyib.

Tariel Nakaidze, "Bu günə qədər Gürcüstanın parlament fəaliyyətində, təəssüf ki, müzakirə olunmayan mövzuları mümkün qədər təqdim etməyə çalışacağam və sabah parlamentdə işə başlayacağam", - deyə açıqlama verib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər