Ukraynada həlak olan gürcü döyüşçü Arçil Devrisaşvilinin nəşi
Gürcüstana gətirilib.
Tbilisi Beynəlxalq Hava Limanında mərhumun ailə üzvləri, dostları
və sadə vətəndaşlar olub.
Arçil Devrisaşvilinin ölümü ilə bağlı məlumat iyulun 27-də yayılıb.
O, Baxmut yaxınlığında hava hücumu nəticəsində həlak olub. Arçil
Devrisaşvili Rusiya-Ukrayna müharibəsində həlak olan 49-cu
gürcüdür.