Dövlət Təhlükəsizliyi Xidməti hələ də “inqilabi ssenari”
haqqında danışır və bildirir ki, “müəyyən qruplar” Gürcüstan
parlamentindəki hazırkı aksiyalar zamanı “təxribatlar” təşkil
etməyə çalışırlar ki, bu isə onların fikrincə, “dağıdıcı və
zorakılıq” ssenariləri inkişaf etdirməkdir”.
DTX-nin fikrincə, bütün bunlar “xarici ölkələrdən maliyyələşmə”,
konkret parlament və qeyri-parlament siyasi partiyalarının
liderləri və qeyri-hökumət təşkilatlarının rəhbərləri tərəfindən
idarə
olunur.
Agentliyin geniş bəyanatında o da qeyd olunur ki, ölkə
hüdudlarından kənarda Gürcüstan vətəndaşları “cinayət planlarına”
cəlb olunub, xüsusən də Ukraynada döyüşən gürcülərin konkret bir
hissəsi.
DTX hazırkı hərəkətlərdən danışır və bildirir ki, plana əsasən,
ayrı-ayrı siyasətçilər və aksiyanın “radikal” təşkilatçıları
Tbilisinin yol qovşaqlarını iflic etməyi, dövlət qurumlarına və
strateji obyektlərə giriş-çıxış yollarını bağlamaq-barrikada etmək,
dəmir yolunu bağlamaq, çadır şəhərciklərinin qurulması,
hüquq-mühafizə orqanlarının yerləşdirmə bazalarının bloklanması və
s. nəzərdə tuturlar.
“Aksiyada iştirak edən gəncləri təxribatlara uymamağa
çağırır və təşkilatçılara müraciət edirik ki, onların dağıdıcı
planları həyata keçiriləcəyi təqdirdə, hüquq-mühafizə orqanları
tərəfindən hadisələrin eskalasiyası, ölkədə iğtişaşların, vətəndaş
qarşıdurmasının qarşısının alınması və sülhün qorunması üçün dərhal
qanuni tədbirlər görüləcək”, - bəyanatda deyilir.
“Gürcü Arzusu” və DTX bundan əvvəl də bir neçə dəfə dövlət
çevrilişi ilə bağlı açıqlamalar versələr də, heç bir halda sübut
təqdim etməyib, istintaqı və onun nəticələrini ictimaiyyətə
açıqlamayıblar.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.