Quriyada fəlakət - bir yeniyetmənin meyiti tapılıb, 2 nəfəri axtarırlar
Daxili İşlər Nazirliyinin məlumatına görə, Quriyada bölgəsində baş vermiş təbii fəlakət insan tələfatı ilə nəticələnib. Fəlakət nəticəsində bir yeniyetmənin meyiti tapılıb. Daha bir yeniyetmənin və bir yetkin şəxsin axtarışları aparılır.

“Quriya bölgəsində yağan güclü yağışlar nəticəsində çaylar məcrasından çıxıb, sürüşmə baş verib, yaşayış evləri, körpülər, kəndləri birləşdirən yollar sıradan çıxıb.

Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinin nümayəndələri təbii fəlakət baş verən ərazilərdədir, müvafiq texnikalar səfərbər olunub və aktiv iş rejimində işlər aparılır.

Bölgədəki əhalini hərəkət etməkdən və Daxili İşlər Nazirliyinin nümayəndələrinin göstərişlərinə yerinə yetirməyə çağırırıq”,
- deyə DİN-dən bildirilib.


Xatırladaq ki, ötən ay Gürcüstanın Oni bələdiyyəsində baş vermiş torpaq sürüşməsi nəticəsində 31 nəfər həlak olub.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google