Marneulidə 253 nəfər mövsümi qripə qarşı peyvənd olunub
Marneulidə mövsümi qrip peyvəndini 253 nəfər vurdurub. Yerli Səhiyyə Mərkəzinin rəhbəri Eter Laperadze 11 oktyabra olan statistikanı bizə bildirdi və qeyd etdi ki, xəstəxanalardan əlavə ambulatoriyalar immunizasiya proqramına qoşulublar. Qrip virusuna qarşı peyvənd risk qruplara, xəstəliyin ağırlaşma riski olan şəxlslərə pulsuz vurulacaq.

“Təxminən 7 ildir ki, 4 komponentli peyvəndlərimiz var. Mövsümi qrip peyvəndi çox yaxşıdır, yaxşı
qoruyur. Həqiqətən də adamı qoruyur və mövsümi yoluxma, kovid olmur. Mən və ailəm, nəvələrim də peyvənd vurdururuq. Uşaqlar 6 ayından peyvənd oluna bilərlər. 700 peyvənd almışıq və indiki mərhələdə 604-ü verilib. 253 nəfər peyvənd olunub. Ehtiyat var, əgər tələb olarsa yenidən əlavə edəcəklər. Kənd həkimlərinin əksəriyyəti peyvəndləri aparıblar. Bəzi yerlərdə qalmış ola bilər , onlar da aparmayıblar, ancaq aparacaqlar. Belə ki, bütün kənd həkimlərinə əlçatandır”,
– Eter Laperadze bildirdi.

Gürcüstan immunizasiya üzrə dövlət proqramı çərçivəsində 200 000 doza, Sanop Paster istehsalı olan dörd komponentli peyvənd alıb və həmin peyvənd Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə olunanlar arasındadır.

Risk qruplar peyvənd verən qurumlara müraciət edə bilərlər. Xidmətdən yararlanmaq üçün statuslarını təsdiq edən arayış aparmalıdırlar. Qripə qarşı peyvənd prosesinə ölkə miqyasında 400-ə yaxın tibb müəssisəsi qoşulub. Qrip peyvəndini Marneuli ambulatoriyalarından əlavə beş tibb müəssisəsində vurdurmaq olar.

Tibb müəssisələri bunlardır:
  • Geo Hospitals MMC-nin Marneuli Çoxşaxəli Tibb Mərkəzi.
  • Geo Hospitals-ın Marneuli Doğum Evi və Ambulatoriya Mərkəzi.
  • Med X MMC
  • Mad-i-Medi (Dializ)
  • Aversi Klinikası
Qripə qarşı dörd komponentli peyvənd Gürcüstanda 21 sentyabrda başlayıb.

Print Email
FaceBook Twitter Google