Hakimiyyəti tənqid edənlərə yenə də zəng edirlər, təhqir edirlər, hədələyirlər
Hakimiyyəti tənqid edənlərə yenə də zənglər gəlir, onlar hədələnir, söyülür. Xarici nömrələrdən müxalif siyasətçilərə və onların ailə üzvlərinə, eləcə də hökumətə qarşı tənqidi mövqeyini açıq şəkildə ifadə edən vətəndaşlara hədələyici zənglər edilib.

Vətəndaş Qiqa Qaruçava Facebook-da yazıb:

“Bəzi naməlum şəxs (hökumətin və DTX-nın göstərişi ilə) mənim nömrəmə, həmçinin ailə üzvlərimin nömrəsinə zəng edərək məni öldürməklə hədələyir...

Səbəb odur ki, mən hakimiyyəti tənqid etməyə, mitinqlərdə iştirak etməyə, onlara dəstək verməyə başladım!

P.S. DTX, mən səndən qorxmuram!"


O, gələn zəngin skrinşotlarını da əlavə edib.


Digər vətəndaşların onlara edilən zəng və təhdidlərdən danışdıqları yazıları təqdim edirik:




Siyasi partiyaların nümayəndələrinə gəlincə:

Vahid Milli Hərəkat Partiyasının üzvü, deputat Ani Tsitlidze anasına zəng etdiklərini deyib.


Vahid Milli Hərəkat Partiyasının Batumi Şəhər Şurasındakı deputatı Nodar Dumbadze bildirib ki, onun 8 yaşlı oğluna zəng edilib.

“Gecə saat 2-də 8 yaşlı oğluma zəng edib söyürlər. Bu gün onlar mənimlə büdcənin artırılmasından danışırlar. Belə çıxır ki, Bidzina bəyə təşəkkür etməliyik. Bütün bunlar ayıbdır”, - deyə Nodar Dumbadze bildirib.

Vahid Milli Hərəkat Partiyasının digər deputatı Tina Bokuçavanın sözlərinə görə, ona da gecə zəng ediblər.

“Dünən gecə mənə hədə-qorxu gələn zəng gəldi – mən bu muzdlulara, qorxaqlara demək istəyirəm ki, onlardan və qorxmuş işəgötürənlərindən heç kim qorxmur”, – Tina Bokuçava bildirib.

Qiorqi Qaxariyanın partiyasının üzvləri də eyni haldisəni nəql ediblər: gənclər təşkilatının üzvü Mate Senteradze və parlamentin üzvü və onun ailə üzvü Ana Buçukuriyə zənglər olunub.

“Mokalakei”nin üzvü Keti Turazaşvilinin ailə üzvlərinə hədələyici zənglər gəlib.

Onun sözlərinə görə, 23 yaşlı oğlunun üzərində qanunsuz axtarış aparılıb. Həmçinin onu və ərini azyaşlı oğlu ilə küçədə qarşılayıblar.


Onlar da fəalları təhdid və söyüşlərlə çağırıblar.

Onların arasında Batumi fəalı Tsiala Katamidze də var.


Mayın ilk həftəsində hakimiyyəti və onların təşəbbüsü ilə rus qanunlarını tənqid edən vətəndaşlara və müxalifət siyasətçilərinə zənglər və söyüşlə hədələr dalğası olub.

Mayın 24-də Fərdi Məlumatların Mühafizəsi Xidməti təhdid zəngləri ilə bağlı işi prokurorluğa göndərdiyini açıqlayıb.

“Gürcü arzusu” prezidentin vetosundan keçərək, nəhayət, rus qanununu təsdiqlədikdən sonra bir neçə deputatın evinin qapısında “Qul”, “Xain” yazıları peyda olub.

“Gürcü arzusunun” deputatı Dimitri Samxaradze bildirib ki, buna cavab “acı, daha irimiqyaslı və keyfiyyətli” olacaq.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!

Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google