Marneuli bazarında çalışan kiçik biznes nümayəndələrinə heç bir dəstək olunmayıb
26 may tarixində baş vermiş təbii fəlakətdən sonra Marneuli bazarı adi iş rejimində öz fəaliyyətini davam etdirir. Təbii fəlakət zamanı Marneuli bazarı tamami ilə su altında qalmışdı. Bir çox sahibkara ziyan dəymişdir. 26 gün keçməsinə baxmayaraq Marneuli bazarında çalışan kiçik biznes nümayəndələrinə heç bir dəstək olunmayıb.

Sahibkarlar "Marneuli" radiosu ilə söhbəti zamanı bildirdilər ki, indiki mərhələdə
yerli özünüidarə orqanlarından heç kim onlarla əlaqə saxlamayıb, kompensasiya və ya dəymiş ziyanın ödənilməsi məsələsini müzakirə etməyiblər.

"Dövlət nümayyəndələri yaxşı bilirlər kömək oldumu olmadımı? Danışmağın mənası yoxdu. Heç bir köməklik yoxdu. Nə oldusa burdakılara oldu. Özünüz də gördünüz. Nələr çıxardıb, tökdük. Gəlib nə maraqlanan oldu, nə də ki, gəlib gedən oldu. Olan bizə oldu".

Marneuli bazarında işləyən 63 yaşlı Təbiət Cəlilova deyir ki, 40 ildir bazarda işləyir. Onun sözlərinə görə, bir çox məhsullu suyun altında qalıb və xarab olub.

"Bizim problemlərimizlə maraqlana olmadı. Heç kim maraqlanmadı. Suyun içində qaldıq, deyən oldumu alın bu 5 manatı cibinizə qoyun. Sığorta veririk. Deyirlər yanğına olar, suya olmaz. Hökumətmi var. Kim var ki, bizə yazığı gələ. 10 min dollarlıq toy məhsullarını zibilə tökdüm. Allaha and olsun acından ölürük. Bunlardan 350 lari borc aldım ki, əlimizdə maya olsun. Banklara borcum var. Sabah 500 lari verəsiyəm, mən anası ölmüş nə edim. Elə pis vəziyyətdəyik ki, ayrı cür. 40 ildir ki, bazarda işləyirəm. 63 yaşım var balaca deyiləm. Bunlar cavandılar, təzə gəliblər. Mən həyatda belə şey görməmişdim. Fişənkləri, dəvətnamələri, kağız olan hər şeyi zibilə tökdüm. Toy üçün lazım olan heç nə yaramadı. Paltarı hamı yudu satdı. Amma mən toy əşiyalarımı zibilə tökdüm. Oğlum 3 min dollarlıq təzə il əşiyaları gətimişdi. Oğlum dedi ki, sezon başlayanda sataram. And olsun hamısını zibilə tökdük", – Təbiət Cəlilova dedi.

Yeganə güzəşt, bazar rəhbərliyindən olub. Sahibkarlar deyir ki, kirayənin 25 faizinin ödənilməsindən azad olunublar.

"Bazar rəhbərliyi 20-cə lari kirayə pulumuzdan keçdilər. Hərənin özünün piştaxtasına görə arend pulu yığılır. Misal üçün 20 məndən keçdilər, 30 ondan keçdilər, 10 lari ondan keçdilər. İndi gələn dəfə necə olacaq bilmirik. Sığorta şirkəti heç bir yardım etmədi. Heç haradan heç kim gəlməyib. Bəlkə gəliblər biz görməmişik".

Qeyd edək ki, 25 may tarixində, Marneulidə gecə saatlarında baş vermiş təbii fəlakət əhaliyə xeyli ziyan vurub. Güclü yağışlar nəticəsində Algeti, Xrami və Debet çayları daşıb. Marneuli şəhərinin küçələrinin bir hissəsini su basıb. Bələdiyyənin bir neçə kəndi və əkin sahələri su altında qalıb. İndiyədək dəymiş ziyanın miqdarı ilə bağlı məlumatımız yoxdur.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google